Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi son bir ildə 4 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi son bir ildə 4 dəfə artıb
# 02 dekabr 2011 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 6,556 mlrd. manat təşkil edib. Bu da 2010-cu ilin analoji dövrünə nisbətən 3,9 dəfə çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 66% artıb. Korporativ istiqrazların ilkin bazarında 85 əqd üzrə 133,607 mln. manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında isə 97 əqd üzrə 141,714 mln. manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 69,1%, təkrar bazarı isə 2,7 dəfə artıb. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı ilin ilk 11 ayı ərzində 2,3 dəfə artıb.

Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu növ kağız üzrə qeydə alınan əqdlərin həcmi 97,369 mln. manat təşkil edib və 2010-cu ilin yanvar-noyabr aylarına nisbətən 36,5% azalıb. Səhmlərin ilkin bazarı 39,2% azalıb, təkrar bazarı isə 23,5% artıb.

Korporativ qiymətli kağızlar (yanvar-noyabr, 2011)

Bazarın seqmentləri

Yanvar-noyabr, 2011

Yanvar-noyabr, 2010

Nisbət (%)

Əqdlərin
həcmi, AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar (yerləşdirmə)

141 713 489,45

85

83 818 004,39

97

69,1%

Korporativ istiqrazlar (təkrar bazar)

405 134 826,41

97

150 935 188,57

100

2,7 dəfə

Kİ bazarı cəmi

546 848 315,86

182

234 753 192,96

197

2,3 dəfə

Səhmlər (yerləşdirmə)

89 163 399,10

130

146 701 490,96

1 808

-39,2%

Səhmlər (təkrar bazar)

8 205 677,12

3 189

6 645 862,19

1 859

23,5%

Səhm bazarı cəmi

97 369 076,22

3 319

153 347 353,15

3 667

-36,5%

KQK bazarı cəmi

644 217 392,08

3 501

388 100 546,11

3 864

66%



Bundan başqa, cari ilin yanvar-noyabr aylarında birjada dövlət istiqrazları (Dİ) bazarında müəyyən azalma qeydə alınıb. Belə ki, hesabat dövründə Dİ bazarının həcmi 31,1% azalıb, o cümlədən istiqrazların təkrar bazarının həcmi 2,2 dəfə, ilkin bazarın həcmi isə 24,4% azalıb. Ümumiyyətlə, yanvar-noyabr aylarında dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,5 dəfə artıb.

Dövlət qiymətli kağızları (yanvar-noyabr, 2011)

Bazarın seqmentləri

Yanvar-noyabr, 2011

Yanvar-noyabr, 2010

Nisbət (%)

Əqdlərin
həcmi, AZN

Əqdlərin
sayı

Əqdlərin
həcmi, AZN

Əqdlərin
sayı

Dİ (AMN) (yerləşdirmə)

232 073 000,38

128

307 036 851,04

123

-24,4%

Dİ (AMN)
(təkrar bazar)

41 570 251,84

41

89 941 551,73

48

-2,2 dəfə

Dİ bazarı cəmi

273 643 252,22

169

396 978 402,77

171

-31,1%

Notlar (AMB) – (yerləşdirmə)

592 397 417,19

257

189 418 737,38

146

3,1 dəfə

Notlar (AMB)
(təkrar bazar)

9 555 687,77

5

5 564 936,87

2

71,7%

Not bazarı cəmi

601 953 104,96

262

194 983 674,25

148

3,1 dəfə

Repo əməliyyatları

5 035 961 626,19

1 172

709 908 031,43

674

7,1 dəfə

DQK bazarı cəmi

5 911 557 983,37

1 603

1 301 870 108,45

993

4,5 dəfə



Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR