Bank Of Baku

Ekspert: MDB ölkələrində İslam bankçılığına qarşı qərəzli yanaşma var

Ekspert: MDB ölkələrində İslam bankçılığına qarşı qərəzli yanaşma var
# 02 dekabr 2011 11:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu IV Bakı Beynəlxalq Bank Konfransında Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan «ABB-Moskva»nın İdarə Heyəti sədrinin müşaviri Azər Səfərov çıxışında bəyan edib. Onun sözlərinə görə, eyni zamanda İslam maliyyə qurumları da MDB ölkələrinə böyük ehtiyatla yanaşır.

A.Səfərovun sözlərinə görə, hazırda «ABB-Moskva» İslam bankçılığı ilə bağlı bazar araşdırılmaları aparır, bu sahəyə aid olan bütün tədbirlərdə təhlil və nəzəriyə səviyyəsində fəal iştirak edir: «Hakimiyyət orqanları qanunvericilikdə dəyişikliklərin edilməsində və İslam maliyyələşməsinin tətbiqində tələsmir. Bu şəraitdə bizim əsas vəzifəmiz bank cəmiyyətini birləşdirmək və MDB ölkələrinin maliyyə orqanlarını İslam bankçılığının üstünlükləri barədə məlumatlandırmaqdır».

A.Səfərov vurğulayıb ki, bu məqsədlə İslam bankçılığının təkcə iqtisadi layihələrin maliyyələşdirilməsi və sahibkarlığın dəstəklənməsində deyil, həm də sosial layihələrdə mühüm rol oynamasından olduğunda danışmaq lazımdır.

«Azərbaycan Beynəlxalq Bankının nüfuzunu nəzərə alaraq əminəm ki, bu sahədə Azərbaycanda uğur qazanılacaq, lakin digər ölkələrdə, o cümlədən Rusiyada İslam bankçılığı sahəsində işlər çox ləng gedir və hələ ki, nəzərə çarpan irəliləyiş yoxdur», - deyə A.Səfərov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR