Bank Of Baku

Angela Merkel: “Avrozonanın böhrandan çıxması illərlə vaxt aparacaq”

Angela Merkel: “Avrozonanın böhrandan çıxması illərlə vaxt aparacaq”
# 02 dekabr 2011 11:58 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya kansleri Angela Merkel avrozonada borc böhranının tezliklə həll olunacağına inanmadığını bildirib.

APA-Economics”in xəbərinə görə, Bundestaqda çıxış edən kansler bu problemin həlli üçün “sadə və sürətli qərarların” olmadığını bəyan edib.

Onun sözlərinə görə, mövcud situasiyadan çıxmaq prosesi illərlə vaxt aparacaq: “Avropa Mərkəzi Bankından avrozonadakı borc böhranına aktiv müdaxilələr gözləmək əbəsdir. Avrozonanın vahid istiqrazlarının buraxılması da problemi həll etməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR