Bank Of Baku

«ABB-Moskva»nın əsas maliyyə göstəriciləri üzrə artım gözlənilir

«ABB-Moskva»nın əsas maliyyə göstəriciləri üzrə artım gözlənilir
# 02 dekabr 2011 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva» 2011-ci ilin sonuna kimi məcmu kapitalını 21% artıraraq 2 mlrd. rubla (təxminən 64,7 mln. ABŞ dolları) çatdıracaq. «APA-Economics»in məlumatına görə, bunu «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib. Onun sözlərinə görə, ilin sonunda bankın nizamnamə kapitalı isə 850 mln. rubl (27,5 mln. dollar) təşkil edəcək.

F.Abdullayevin sözlərinə görə, hazırda Bankın kapitalın yetərliliyi əmsalı 12,5% səviyyəsindədir və kapitallaşmanın artımından sonra bu göstərici 15%-ə çatacaq. F.Abdullayevin fikrincə, əmsalın bu səviyyədə olması bankın Rusiya bazarında normal fəaliyyət göstərməsi üçün yetərlidir.

«ABB-Moskva»nın rəhbəri bildirib ki, 2011-ci ilin çətin olmasına baxmayaraq, Bank ili mənfəətlə başa vuracaq: «Büdcə əsasında biz təxminən 150 mln. rubl (4,9 mln. dollar) səviyyəsində mənfəət gözləyirik. Hazırda aktivlərimiz 18 mlrd. rubl (582,5 mln. dollar) təşkil edir. Bankın müştəri bazası təxminən 30% artıb».

F.Abdullayevin sözlərinə görə, Bankın pərakəndə sektoru artıq korporativ sektora yaxınlaşıb, o cümlədən əmanətlərin həcmi hüquqi şəxslərin depozitləri səviyyəsindədir və Bankın hazırkı mərhələdə əsas vəzifələrindən biri məhz pərakəndə sektoru inkişaf etdirməkdir: «Bunun üçün filial şəbəkəsinin genişləndirilməsi vacibdir. Belə ki, iki filiala malik olan «ABB-Moskva» 2015-ci ilə qədər daha iki filial açmağı planlaşdırır. Bunlardan biri Nijni Novqorodda açılacaq, digərinin yerləşəcəyi şəhər hələ müəyyənləşməyib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR