Bank Of Baku

Türkiyə Qırğızıstanın 49,2 mln. dollar borcunu silib

Türkiyə Qırğızıstanın 49,2 mln. dollar borcunu silib
# 02 dekabr 2011 13:46 (UTC +04:00)
Bişkek. Ramiz Məşədihəsənli - APA. Qırğızıstan Maliyyə Nazirliyi dekabrın 1-də Qırğız hökumətinin təhvil-təslim mərasimində Türkiyənin Qırğızıstanın 49,2 mln. ABŞ dolları həcmində borcunu sildiyini açıqlayıb. Bu barədə APA-nın Orta Asiya bürosuna nazirliyin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Qırğız hökuməti Türkiyə və Almaniyaya olan borclarının bir qisminin silinməsinə dair bir neçə dəfə həmin ölkələrin rəhbərliyinə müraciət edib. Belə ki, 1993-cü il yanvarın 15-də Türkiyənin “KrediBank” QSC tərəfindən ticarət və sərmayə qoyuluşları üçün Qırğızıstana kredit ayrılıb. Lakin Bişkek bir neçə dəfə faizləri ödəyə bilmədiyindən, yenidən möhlət müddətini uzatmaq zorunda qalıb.

Türkiyə prezidenti Abdulla Gül Qırğız Respublikasının yeni prezidenti Almazbek Atambayevlə dekabrın 1-də görüşərək, Qırğızıstanın borclarının silinməsinə dair rəsmi sənədi imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR