Bank Of Baku

«Moody’s» agentliyi «ABB-Moskva» bankının reytinqini təsdiq edib

«Moody’s» agentliyi «ABB-Moskva» bankının reytinqini təsdiq edib
# 02 dekabr 2011 13:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankının yerli və xarici valyutada depozit reytinqini B3 səviyyəsində «neqativ» proqnozla müəyyənləşdirib. «APA-Economics»in məlumatına görə, bu barədə agentliyin məlumatında deyilir.

Agentlik bildirir ki, reytinqin bu səviyyədə təsdiqlənməsi zərurət yarandığı halda Azərbaycan Beynəlxalq Bankından dəstəyin alınmasının mümkünlüyü ilə bağlıdır. Reytinq üzrə «neqativ» proqnoz isə Agentliyin Azərbaycan Beynəlxalq Bankı üzrə mənfi gözləntiləri ilə əlaqəlidir.

Agentlik «ABB-Moskva»nın kiçik həcmini, risklərə meylli olmasını və kredit portfelinin bir neçə sahədə cəmləndiyini nəzərə alır və qeyd edir ki, bu amil Bankın risklərini artırır. Həmçinin bildirilir ki, Bankın kredit portfelinin diversifikasiyası, Azərbaycan Beynəlxalq Bankının reytinqinin yüksəlməsi və «ABB-Moskva»nın bazar mövqelərinin möhkəmlənməsi şəraitində reytinq müsbət istiqamətdə dəyişə bilər.

Qeyd edək ki, 18 mlrd. rubl (582,5 mln. dollar) həcmində aktivlərə malik olan «ABB-Moskva» Rusiya banklarının aktivlər üzrə renkinqində 145-ci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR