Bank Of Baku

“Azərbaycan Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək” Tvinninq layihəsi çərçivəsində seminarlar keçirilib

“Azərbaycan Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək” Tvinninq layihəsi çərçivəsində seminarlar keçirilib
# 02 dekabr 2011 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Azərbaycanda dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək” Tvinninq layihəsi çərçivəsində seminarlar keçirilib.

Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən Tvinninq layihəsinin komponentlərindən biri kimi müasir audit metodları və maliyyə idarəçiliyi üzrə xüsusi təlim və seminarlarının keçirilməsinə başlanılıb.

Tvinninq layihəsinin tərəfdaş ölkələrinin ekspertləri tərəfindən 3 gün keçirilən ilk təlim-seminarlarda Maliyyə Nazirliyinin, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin və ayrı-ayrı nazirliklərin müvafiq əməkdaşları iştirakı edib.

Qeyd edək ki, Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Maliyyə Nazirliyinin benefisiarı olduğu «Azərbaycanda dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» Tvinninq layihəsinin icrasına 2011-ci ilin sentyabr ayından başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR