Bank Of Baku

Azərbaycanda noyabrda 11,5 mln. manatlıq ipoteka krediti verilib

Azərbaycanda noyabrda 11,5 mln. manatlıq ipoteka krediti verilib
# 02 dekabr 2011 14:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda əhaliyə 11,48 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib. Ümumilikdə, 2011-ci ilin ilk 11 ayında 85,58 mln. manatlıq ipoteka kreditləri verilib.

Bununla da ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 335,58 mln. manata çatıb. Nəticədə, dekabrın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 36,8 manata çatıb. Müqayisə üçün bildirək ki, ilin əvvəlində bu rəqəm 27,2 manat, noyabrın 1-də 35,5 manat olub.

Noyabrda AİF tərəfindən 7,97 mln. manatlıq kredit yenidən maliyyələşdirilib. Yanvar-noyabr aylarında isə 59,9 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə, indiyədək verilən ipoteka kreditlərinin 243,87 mln. manatı və ya 72,67%-i təkrar maliyyələşdirilib.

Ötən ay dövlət büdcəsindən AİF-ə 1,19 mln. manat vəsait ayrılıb. Nəticədə, ilk 11 ayda büdcədən ipoteka məqsədləri üçün ayrılan məbləğ 17,89 mln. manata çatıb. Noyabrda İpoteka Fondu 8 mln. manatlıq istiqraz buraxıb. Yanvar-noyabr aylarında Fondun buraxdığı istiqrazların həcmi 74 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR