Bank Of Baku

«ABB-Moskva» rebrendinqə başlayıb

«ABB-Moskva» rebrendinqə başlayıb
# 02 dekabr 2011 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva» 2011-ci ilin sonunadək brendini dəyişəcək. «APA-Economics»in məlumatına görə, bunu «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.

F.Abdullayevin sözlərinə görə, bankın adı dəyişdirilərək «Bank ABB-Moskva» olacaq. Rusiyanın müvafiq qanunvericiliyinə əsəsən, bankın adının dəyişdirilməsi brendin qısaldılması zərurəti ilə bağlıdır.

F.Abdullayev bildirib ki, brendin dəyişdirilməsi ilə bağlı Rusiya Mərkəzi Bankından artıq icazə alınıb və bütün işlərin ilin sonunadək yekunlaşacağı gözlənilir.

Xatırladaq ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı (100%) olan «ABB-Moskva» 2002-ci ilin yanvarından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR