Bank Of Baku

Rusiya 10 ildə Əfqanıstanın 11 mlrd. dollardan çox borcunu silib

Rusiya 10 ildə Əfqanıstanın 11 mlrd. dollardan çox borcunu silib
# 05 dekabr 2011 15:05 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya son 10 ildə Əfqanıstanın 11 mlrd. dollardan çox borcunu silib. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bonn şəhərində keçirilən Əfqanıstana dair konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya Əfqanıstan ordusunun və polisinin formalaşmasında da silah-sursatın qaytarılmaması şərti ilə təmənnasız iştirak edir. Bundan başqa, Kreml Əfqanıstana daim humanitar yardım göstərir.

“On il ərzində 40 min tondan artıq buğda unu və digər yüklər, o cümlədən müxtəlif texnikalar göndərmişik ki, bunun da ümumi dəyəri 50 mln. dollardan artıqdır” - deyə nazir qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR