Bank Of Baku

Noyabrda Azərbaycanda 1,1%-lik inflyasiya qeydə alınıb

Noyabrda Azərbaycanda 1,1%-lik inflyasiya qeydə alınıb
# 06 dekabr 2011 06:37 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, noyabr ayında ərzaq məhsullarından manna yarması, mal və qoyun əti, toyuq və toyuq budu, kolbasa məmulatları, təzə balıq, süd, kərə yağı, yumurta, zeytun və qarğıdalı yağları, armud, nar, qoz və fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, soğan, kartofun qiyməti bahalaşıb. «Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunub ki, bu, əsasən düyü, un, çörək, limon, banan, portağal və naringi, alma, şabalıd, çuğundur, kök, sarımsaq və s. məhsulların qiymətlərində qeydə alınıb».

Noyabr ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabılar, inşaat materiallarından sulu boyalar, parket üçün lak, divar kağızları, ağac yonqar lövhələri, kərpic, sement, mebellərdən mətbəx üçün mebel dəsti, mətbəx üçün kətil, qonaq və yemək otaqları üçün dəst, stol-stul, yumşaq mebel dəsti, yataq mebel dəstinin qiymətləri bahalaşıb, kəsilmiş taxtalar, ağac lifli lövhələr, parket, şüşə, mebellərdən mətbəx üçün stol, məişət avadanlıqlarından paltaryuyan maşınların qiymətləri isə ucuzlaşıb.

Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ay MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR