Bank Of Baku

«AccessBank» Azərbaycanda ilin ən yaxşı bankı adına layiq görülüb

«AccessBank» Azərbaycanda ilin ən yaxşı bankı adına layiq görülüb
# 06 dekabr 2011 08:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «The Banker» jurnalı Londonda keçirilən «İlin bankı» mükafatının təqdimatı mərasimində «AccessBank» QSC-ni «Azərbaycanda ilin ən yaxşı bankı» adına layiq görüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təltif etmə mərasimində «AccessBank»ın Müşahidə Şurasının üzvü Viktoriya Mayls bankın işçi heyəti adından «The Banker» nəşrinin «İlin bankı» mükafatını almağı böyük şərəf hesab edib: «İşçi heyətimiz bu mükafatı öz mükəmməl müştəri xidmətləri və yüksək risk idarəçiliyi sayəsində qazanıb».

«The Banker» jurnalının müvafiq buraxılışında qeyd olunub ki, 2010-cu ildə real funksiyaya malik olmayan kreditlərin fonunda daşınmaz əmlak bazarında baş verən kəskin böhran Azərbaycanın bir çox banklarını itkilərə məruz qalıb: «Amma qabaqcıl təcrübənin tətbiqi sayəsində mikromaliyyələşdirmə və kənd təsərrüfatı sahələrində ixtisaslaşan «AccessBank» özünün təcrübəli idarəedicilərinin və çoxprofilli sahibkarlarının rəhbərliyi altında öz mövqelərini möhkəmlədib».

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 28 filialı, 29 bankomatı və 51 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR