Bank Of Baku

Yunanıstana yeni kredit tranşı ayrılıb

Yunanıstana yeni kredit tranşı ayrılıb
# 06 dekabr 2011 08:53 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) Şurası Yunanıstana 2,2 mlrd. avro həcmində növbəti kredit tranşının ayrılmasını təsdiqləyib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, BVF-nin Avropa İttifaqı ilə əməkdaşlığında ayrılan yeni yardım paketi 3 illik iqtisadi xilas proqramı çərçivəsində təqdim olunur.

Qeyd edək ki, Avropa Qrupunun noyabrın 30-da keçirilən iclasında Yunanıstana 8 mlrd. avro həcmində növbəti kredit tranşının ayrılması qərara alınıb. Vəsaitlərin artıq gələn ayın ortalarında Yunanıstan hökumətinin hesabına köçürülməsi gözlənilir.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin son sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR