Bank Of Baku

«Bank Standard»ın müştərisi Çempionlar Liqasının matçına bilet qazanıb

«Bank Standard»ın müştərisi Çempionlar Liqasının matçına bilet qazanıb
# 06 dekabr 2011 09:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «MasterCard» beynəlxalq ödəniş sistemi tərəfindən bu yaxınlarda keçirilmiş uduşlu aksiyanın qalibləri arasında “Bank Standard”ın müştərisi Allahverdi Əliyev də yer alıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, qalib UEFA Çempionlar Liqasının «Ayaks» - «Real Madrid» matçına 2 bilet, habelə 2 ədəd Bakı - Amsterdam - Bakı təyyarə bileti və Amsterdamda otel xərclərini qarşılayan uduş paketi əldə edib.

Bu il oktyabrın 17-dən noyabrın 9-dək keçirilmiş aksiyada «Bank Standard» da daxil olmaqla Azərbaycanın iri banklarının müştəriləri üçün «MasterCard» beynəlxalq ödəniş sistemi tərəfindən təşkil edilib.

Qeyd edək ki, hazırda «Bank Standard» tərəfindən buraxılmış bütün növ kartların sahibləri bank tərəfindən keçirilən başqa bir aksiyada iştirak edirlər. Bu ilin oktyabr ayında başlayan və «Kartla ödə, «APPLE» qazan!» adlı aksiya 2012-ci ilin sentyabr ayınadək davam edəcək. Bu aksiyanın uduş fondu «MacBook Pro», «MacBook Air» noutbukları, «iPad2» planşetləri və «iPhone» mobil telefonları daxil olmaqla 40 müxtəlif qiymətli hədiyyələrdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR