Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi təsdiq olunub

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi təsdiq olunub
# 06 dekabr 2011 10:08 (UTC +04:00)
APA-nın məlumatına görə, DSMF-nin sədri Səlim Müslümov qeyd edib ki, ümumilikdə xərclərdə dəyişiklik edilməyib, dəyişikliklər yalnız xərclərin strukturuna aid olub. Belə ki, deputatların təklifləri nəzərə alınaraq, sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahəti üçün ayrılan vəsaitlər 100 min manat artırılaraq 250 min manata çatdırılıb.

Bundan başqa, millət vəkillərinin təkliflərinə əsasən, pensiyaçıların təqaüdləri daha rahat alması üçün bankomatların sayının artırılması məsələsinə də baxılıb.

S.Müslümov qeyd edib ki, DSMF, Azərbaycan Beynəlxalq Bankı və «Kapital Bank» arasında bu istiqamətdə müzakirələr aparılır: «Artıq Azərbaycan Beynəlxalq Bankı tərəfindən ölkəyə 50 ədəd, «Kapital Bank» tərəfindən isə 23 ədəd bankomat gətirilib. Bu bankomatlar Fondun tövsiyə etdiyi ərazilərdə quraşdırılacaq».

S.Müslümov onu da qeyd edib ki, DSMF Azərbaycan Beynəlxalq Bankına daha 50 ədəd bankomatın ölkəyə gətirilməsini sifariş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR