Bank Of Baku

Dünyada qumar oyunlarından əldə olunan gəlirlər 2015-ci ildə 183 mlrd. dollara çatacaq

Dünyada qumar oyunlarından əldə olunan gəlirlər 2015-ci ildə 183 mlrd. dollara çatacaq
# 06 dekabr 2011 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın bir neçə il ərzində oyun biznesində əldə olunan gəlirlərin ildə 9,2% artacağı və 2015-ci ildə 182,8 mlrd. ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

«APA-Economics»in məlumatına görə, bu barədə «PricewaterhouseCoopers» (PwC) auditor qrupu tərəfindən hazırlanmış «Global Gaming Outlook: The casino and online gaming market to 2015» hesabatında deyilir.

Hesabata əsasən, 2010-cu ildə dünya üzrə azartlı oyunlardan əldə olunan gəlirlər 117,6 mlrd. dollar təşkil edib.

Hesabatda həmçinin qeyd olunub ki, 2013-cü ildə Asiya və Sakit Okean regionunda qumar oyunlarından əldə olunan gəlirlərin həcmi ABŞ-ın göstəricisini ötərək 79,3 mlrd. dollara (ildə 18,3% artaraq) çatacaq. ABŞ-da isə yalnız 2015-ci ildə sö
zügedən sahədən əldə olunan gəlirlərin həcmi 73,3 mlrd. dollar olacaq.

Avropa, Yaxın Şərq və Afrika regionuna gəldikdə, burada 2015-ci ildə gəlirlər 2010-cu ilə nisbətən 12,3% artaraq 18,3 mlrd. dollara çatacaq. Latın Amerikasında isə 2015-ci ildə bu göstəricinin 2010-cu illə müqayisədə 47,4% artaraq 5,6 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR