Bank Of Baku

«FINCA Azerbaijan» kredit portfelini 26% artırıb

«FINCA Azerbaijan» kredit portfelini 26% artırıb
# 06 dekabr 2011 10:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatının kredit portfelinin həcmi 2011-ci il noyabr ayının 1-nə 106,363 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 26,4% çoxdur.

Təşkilatın xüsusi layihələr üzrə rəhbəri Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə qrup kreditlərinin həcmi 21,4% artaraq 61,721 mln. dollara, fərdi kreditlərin həcmi isə 34% artaraq 44,642 mln. dollara çatıb.

Z.Nurməmmədov bildirib ki, qeyd olunan dövr ərzində təşkilatın cəmi müştərilərinin sayı 20% artaraq 116 994 nəfər, o cümlədən qrup müştərilərinin sayı 16,1% artaraq 85 665 nəfər (müştəri bazasının 73,3%-i), fərdi müştərilərin sayı isə 30% artaraq 31 329 nəfər (26,7%) təşkil edib.

Xatırladaq ki, «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatı kreditləri həmrəy kredit qruplarına aylıq 2,5-3%, kənd kredit qruplarına 3,5%, fərdi kreditləri isə 2-3%-lə verir. Təsisçisi ABŞ-ın «FINCA International» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR