Bank Of Baku

Avropa Birliyi Şurası “Şərq Tərəfdaşlığı ölkələri ilə gömrük sahəsində əməkdaşlığa dair yekunlar” adlı sənədi təsdiq edib

Avropa Birliyi Şurası “Şərq Tərəfdaşlığı ölkələri ilə gömrük sahəsində əməkdaşlığa dair yekunlar” adlı sənədi təsdiq edib
# 06 dekabr 2011 11:01 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Avropa Birliyi Şurası (Council of the European Union) “Şərq Tərəfdaşlığı ölkələri ilə gömrük sahəsində əməkdaşlığa dair yekunlar” adlı sənədi təsdiq edib.

APA-nın Avropa Birliyinin açıqlamasına istinadən verdiyi məlumata görə, Azərbaycanı da əhatə edən bu sənəddə bildirilir ki, AB üçün bu ölkələrlə daha sıx siyasi və iqtisadi əlaqələrin qurulması prioritet sahədir. Azərbaycan və digər keçmiş sovet respublikaları ilə son bir ildə bağlanmış sazişləri təsdiq edən Şura bu dövlətlərlə assosiativ üzvlük və Azad Ticarət Zonası barədə sazişin bağlanması öhdəliyinə sadiqliyini ifadə edib.

Avropa Birliyi Şurası özünün şərq qonşuları ilə narkotik, tütün, alkoqol qaçaqmalı, mütəşəkkil cinayətkarlıq, korrupsiya ilə mübarizə, habelə inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində əməkdaşlıq niyyətini təsdiq edib. Öz açıqlamasında Şura “Şərq Tərəfdaşlığı” dövlətlərinin vahid tranzit prosedurları və əmtəə dövriyyəsinin sadələşdirilməsinə dair 1987-ci il konvensiyasına qoşulmasına sadiqliyini də ifadə edib.

Avropa Birliyi Şurası Azərbaycan və digər Cənubi Qafqaz dövlətləri ilə gömrük əməkdaşlığı sahəsində Strateji Çərçivə sazişinin hazırlanması və qəbulunu tövsiyə edib. Şura qurumun komissiyasına və tərəfdaş dövlətlərə Vahid Tranzit Konvensiyanın müddətinin uzadılması, malların daha sürətli nəqlini təmin etmək, sərhəd-gömrük sistemində ortaq səylərin əlaqələndirilməsini yüksəltmək istiqamətində işə başlamağı təklif edib. Birlik habelə qarşılıqlı informasiya mübadiləsini təşviq etməyi zəruri bilərək, bu dövlətlərə gömrük xidmətinin modernləşməsində yardım göstərmək hazırlığını da ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR