Bank Of Baku

Azərbaycanın İordaniyadakı səfiri bu ölkənin ticarət və sənaye naziri ilə görüşüb

Azərbaycanın İordaniyadakı səfiri bu ölkənin ticarət və sənaye naziri ilə görüşüb
# 06 dekabr 2011 11:39 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı bu ölkənin ticarət və sənaye naziri, Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının İordaniya tərəfdən həmsədri Sami Qammoh ilə görüşüb.

Səfirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla İordaniya arasında ticarət və iqtisadi sahələrdə əlaqələrin inkişaf istiqamətlərinə, eləcə də hökumətlərarası komissiyanın 2011-ci ilin aprel ayında Bakıda keçirilmiş 2-ci iclasının Protokolunun müddəalarının icra mexanizminə dair müzakirələr aparılıb.

Görüş zamanı rabitə və informasiya texnologiyaları sahəsində hər iki ölkənin İşçi Qruplarının ilk iclasının 2012-ci ilin yanvar ayının 16-da, Nəqliyyat üzrə Müştərək Komissiyanın iclasının isə 2012-ci ilin mart ayının sonuncu həftəsi Əmmanda keçirilməsi ilə əlaqədar İordaniya tərəfinin təklifləri müzakirə edilib.

Nazir Sami Qammoh Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, rabitə və nəqliyyat sahələrində Əmmanda keçiriləcək müştərək tədbirlərin yüksək səviyyədə təşkil olunacağını bildirib.

Görüş əsnasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hər iki tərəfin iş adamlarının iştirakı ilə biznes-forum keçirilməsinin vacibliyi vurğulanıb və belə bir forumun 2012-ci ildə təşkil edilməsinin məqsədəuyğun olduğu qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR