Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-oktyabr ayları ərzində pul kütləsi 20,2% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 33,3% artaraq 9 748,6 mln. manata çatıb:
(mln. AZN)
| 01.11.2010 | 01.01.2011 | 01.11.2011 |
M0 (nağd pullar) | 4 942,6 | 5 455,8 | 6 505,3 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 5 999,9 | 6 718,9 | 7 835,8 |
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 7 314,5 | 8 297,5 | 9 748,6 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 9 619,9 | 10 527,5 | 12 652,2 |
Pul bazarında nağdlaşma səviyyəsinə gəldikdə qeyd etməliyik ki, cari il noyabrın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 66,7% təşkil edib, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 0,9 faiz bəndi azdır.