Bank Of Baku

Azərbaycan Auditorlar Palatası Şurasının iclası keçiriləcək

Azərbaycan Auditorlar Palatası Şurasının iclası keçiriləcək
# 06 dekabr 2011 12:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Dekabrın 21-də Bakıda Azərbaycan Auditorlar Palatası Şurasının iclası keçiriləcək.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycanda auditor xidmətinin İnkişaf Konsepsiyasının hazırlanması (2011-2015-ci illər), «Audit» dərs vəsaitinin II nəşri, Palata tərəfindən Milli Strategiyanın icra vəziyyəti barədə məlumatların hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Nazirlər Kabinetinə təqdim edilməsi məsələləri müzakirə olunacaq.

Bununla yanaşı, toplantıda auditor xidmətinin aktual problemləri üzrə keçirilmiş sorğunun nəticələrinin təhlili və təkliflərin hazırlanması iə bağlı müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR