Bank Of Baku

Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının Bakıda keçirilən iclası başa çatıb

Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının Bakıda keçirilən iclası başa çatıb
# 06 dekabr 2011 16:04 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 5-ci iclası keçirilib.

APA-Economics”in xəbərinə görə, iclasa Azərbaycan tərəfdən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Pakistan tərəfdən isə bu ölkənin iqtisadi məsələlər və statistika nazirinin müavini Himayətullah Xan sədrlik edib.

Tədbirdə çıxış edən Niyazi Səfərov iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, əlaqələrin inkişafında Azərbaycan prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rolunu qeyd edib.

İclasda ticarət, enerji, informasiya texnologiyaları, tekstil, kənd təsərrüfatı, nəqliyyat, təhsil və s. sahələrdə mövcud əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün iş adamlarının qarşılıqlı işgüzar səfərlərinin, biznes forumların və sərgilərin təşkilinin, Azərbaycan şirkətlərinin Pakistanın infrastruktur layihələrinin həyata keçirilməsində və inşaat sektorunda iştirak imkanlarının öyrənilməsinin məqsədəuyğunluğu vurğulanıb.

Sonda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, ticarət, təhsil, ədliyyə, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR