Bank Of Baku

Yunanıstan parlamenti 2012-ci ilin dövlət büdcəsini qəbul edib

Yunanıstan parlamenti 2012-ci ilin dövlət büdcəsini qəbul edib
# 07 dekabr 2011 07:37 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan parlamenti sərt qənaət tədbirlərini nəzərdə tutan 2012-ci ilin dövlət büdcəsini qəbul edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, parlamentarlar büdcə kəsirinin və dövlət borcunun ixtisarı məqsədilə kifayət qədər qeyri-populyar olan metodlara - vergilərin artırılmasına və dövlət xərclərinin azaldılmasına səs veriblər.

Yunanıstanın baş naziri Lukas Papadimos bildirib ki, büdcənin uğurlu icrası ölkəyə beynəlxalq etimadı bərpa edəcək və iqtisadiyyatın xilası üçün imkanlar yaradacaq: “Bu, çox çətin və iddialı vəzifə olsa da, yerinə yetirilməsi mümkündür”.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 mlrd. avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin son sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR