Bank Of Baku

Elman Rüstəmov: «Hazırda Azərbaycandakı banklar müəssisələrə birbaşa böyük investisiyalar yatırmaq iqtidarında deyil»

Elman Rüstəmov: «Hazırda Azərbaycandakı banklar müəssisələrə birbaşa böyük investisiyalar yatırmaq iqtidarında deyil»
# 07 dekabr 2011 07:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda kommersiya banklarının müəssisələrə birbaşa investisiyaların həyata keçirilməsi hazırkı vəziyyətdə məqsədəuyğun deyil. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, hazırda Azərbaycan bankları böhrandan bərpa olunma mərhələsindədir və bu halda əsas məsələ kapitallaşmanın artırılması və likvidliyin yüksək səviyyədə saxlanılmasıdır. Ümumiyyətlə isə E.Rüstəmov bəyan edib ki, Azərbaycanda kommersiya bankları müəssisələrə nəzərə çarpan dərəcədə birbaşa investisiyalar yatırmaq iqtidarında deyil və bu proses daha yüksək kapitallaşma tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR