Bank Of Baku

«Amrahbank» Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası ilə yeni saziş imzalayıb

«Amrahbank»  Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası ilə yeni saziş imzalayıb
# 07 dekabr 2011 08:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC və İslam İnkişaf Bankı (İİB) qrupunun üzvü olan Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC) arasında ticarətin maliyyələşdirilməsinə dair saziş imzalanıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, sazişin məbləği 1,5 mln. ABŞ dolları təşkil edir.

ITFC-nin baş icraçı direktoru Valid əl-Vohaibin sözlərinə görə, ITFC və «Amrahbank» arasında əməkdaşlığın əsas məqsədi orta sahibkarlıq subyektlərinin tələbatını təmin etməkdir: «Amrahbank» möhkəm maliyyə sabitliyi nümayiş etdirib və bizim maliyyə xəttindən effektiv istifadə etdiyini sübut edib. Bütün bunları nəzərə alaraq biz «Amrahbank»la əməkdaşlığı gücləndirməyi və maliyyələşməni 50% artıraraq, 1,5 mln. dollara çatdırmağı qərara aldıq».

«Amrahbank»ın İdarə Heyətinin sədri Emil Məmmədov isə bildirib ki, iki təşkilat arasında imzalanmış bu saziş kiçik və orta sahibkarlığın maliyyələşdirməsində yeni imkanlar açır.

Xatırladaq ki, ITFC 2008-ci il yanvarın 10-da 3 mlrd. dollar nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb.

Qeyd edək ki, «Amrahbank» ASC 1993-cü ildə təsis edilib, 2008-ci ildən Bankın səhmlərinin 49%-nə sahib olan Bəhreyn Beynəlxalq İnvestisiya Bankı ilə yaradılmış strateji əməkdaşlıq əlaqələri, «Amrahbank» daxilində bir sıra sahələrin, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin çeşidi, keyfiyyəti və digər sahələrin inkişafında mühüm rol oynayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR