Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun məcmu gəlirləri 64 mlrd. dollara çatıb

Azərbaycan Dövlət Neft Fondunun məcmu gəlirləri 64 mlrd. dollara çatıb
# 07 dekabr 2011 09:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətə başladığı dövrdən indiyədək məcmu gəlirləri 63,8 mlrd. ABŞ dollarına, xərcləri isə 29,7 mlrd. dollara çatıb. «APA-Economics»in məlumatına görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, hazırda Fondun məcmu aktivləri 32,3 mlrd. dollar təşkil edir.

Xatırladaq ki, yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 11 831,4 mln. manat, büdcə xərcləri isə 4 366,7 mln. manat təşkil edib. Nəticədə, 2011-ci ilin əvvəlinə nisbətən Fondun aktivləri 41,6% artaraq oktyabrın 1-ə 32 242,5 mln. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR