Bank Of Baku

«Paşa Bank»ın xaricdə nümayəndəliyi açılıb

«Paşa Bank»ın xaricdə nümayəndəliyi açılıb
# 07 dekabr 2011 10:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin Gürcüstanda nümayəndəliyi fəaliyyətə başlayıb. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin üzvü Emil Hacıyev bildirib.

E.Hacıyevin sözlərinə görə, nümayəndəliyin açılmasında əsas məqsəd Gürcüstan bazarında daha dərin təhlil aparmaq, həmçinin müştərilərin banka və ya nümayəndəliyə olan marağını müəyyənləşdirməklə xarici bazara lazım olan xidmətləri təklif etmək üçün müvafiq infrastruktur yaratmaqdır. «Yeni strategiyada bankın Gürcüstan nümayəndəliyinin statusunun filiala dəyişdirilməsi məsələsi də nəzərdə tutulub», - deyə E.Hacıyev qeyd edib.

E.Hacıyev həmçinin bankın İsveçrə nümayəndəliyinin açılmasına da aydınlıq gətirib. Belə ki, İdarə Heyətinin üzvü bankın İsveçrə nümayəndəliyinin açılması ilə bağlı planın olduğunu bildirib: «Bankın İsveçrədə nümayəndəliyinin açılması 2012-ci ildə reallaşa bilər, bu istiqamətdə işlər aparılır. İsveçrədə bank sektoru çox inkişaf edib. Biz bu bazarda daha çox fərdi bankçılıq sahəsinə diqqət yetirəcəyik».

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR