Bank Of Baku

«AccessBank» yeni kredit kampaniyasına başlayıb

«AccessBank» yeni kredit kampaniyasına başlayıb
# 07 dekabr 2011 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC bu gündən «Kredit bayramı» adlı yeni kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə uyğun olaraq, Yeni ilədək «AccessBank»dan kredit (mikro və kiçik biznes kreditləri, aqrokreditlər, nağd kreditlər) götürən müştərilər əsas məbləği yalnız Novruz Bayramından sonra ödəyəcəklər. Bu kampaniya çərçivəsində müştərilər bankdan 5 il müddətinə, 100 manatdan 3 mln. manatadək istənilən növ krediti götürə bilərlər.

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 28 filialı, 29 bankomatı və 51 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR