Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı məqalə müsabiqəsi keçirir

Azərbaycan Mərkəzi Bankı məqalə müsabiqəsi keçirir
# 07 dekabr 2011 12:38 (UTC +04:00)
Bakı - APA-ECONOMICS. Azərbaycan Mərkəzi Bankı (AMB) fəaliyyətinin 20 illiyi münasibəti ilə «Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu» mövzusunda məqalə müsabiqəsi elan edib.

AMB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, məqalələr ölkənin iqtisadi inkişafında Mərkəzi Bankın rolu və fəaliyyət istiqamətləri barəsində olmalıdır.

Müsabiqəyə 5 sentyabr - 30 dekabr 2011-ci il ərzində elektron və çap KİV-də müsabiqənin mövzusuna uyğun nəşr olunmuş məqalələr qəbul olunur.

Qaliblərə xüsusi sertifikatlar və pul mükafatları təqdim olunacaq:
Birinci yer - 2000 manat;
İkinci yer - 1500 manat;
Üçüncü yer - 1000 manat.

Məqalələr 30 dekabr 2011-ci il saat 17:00-dək qəbul ediləcək.

Müsabiqənin tələbləri haqqında ətraflı məlumat və qaydalar AMB-nin rəsmi internet səhifəsində (www.cbar.az) yerləşdirilib.

Əlaqə tel.: 493 11 22 (daxili 381); [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR