Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9% artıb
# 07 dekabr 2011 13:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 147 xarici dövlətlə 29,8 mlrd. ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmtəə mübadiləsinin 4,6 mlrd. dolları MDB ölkələri, 25,2 mlrd. dolları digər ölkələrlə həyata keçirilib.

«Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9%, o cümlədən MDB üzrə 34%, digər dövlətlər üzrə isə 6,8% çox olub. Xarici ticarət dövriyyəsinin 22,2 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 7,6 mlrd. dollarını Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 14,6 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,8%-i) İtaliya, Fransa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Malayziya, Koreya, Belarus, Çin və Gürcüstan dövlətləri ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR