Bank Of Baku

«DəmirBank» yeni kredit kampaniyasına başlayıb

«DəmirBank» yeni kredit kampaniyasına başlayıb
# 08 dekabr 2011 07:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC 6 dekabr - Rabitəçilər Günü münasibətilə rabitə sektorunda işləyənlər üçün 3% güzəştlə yeni kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, bankın kredit məhsulları üzrə (ipoteka, biznes və tərəfdaşlarla kreditlə satış istisna olmaqla) faiz dərəcəsində 3% güzəşt tətbiq olunur. Bundan başqa, bu kampaniya çərçivəsində müştərinin həyat və qabiliyyətinin bankın xeyrinə sığortalanması tələb edilmir. Müştərinin istəyi ilə «MasterCard Standard» plastik kart hədiyyə olunur.

Qeyd edək ki, bu kampaniyadan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qurumları, o cümlədən «Azərpoçt», «Aztelekom» İB, Dövlət Radiotezlikler İdarəsi, «Radio Televiziya Yayımı və Peyk Rabitəsi» İB, BTRİB, «Azərmarka», Məlumat Hesablama Mərkəzi, Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzi, «Azərekspersspoçt» Rabitə Müəssisəsi, eləcə də rabitə və informasiya texnologiyaları (mobil rabitə, telekommunikasiya, internet, IT və s.) sahəsində fəaliyyət göstərən digər yerli və xarici şirkətlərin əməkdaşları yararlana bilər.

Qeyd edək ki, kampaniya gələn il fevralın 29-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR