Bank Of Baku

ABŞ-ın maliyyə naziri “Merkozi planı”nı dəstəklədiyini bəyan edib

ABŞ-ın maliyyə naziri “Merkozi planı”nı dəstəklədiyini bəyan edib
# 08 dekabr 2011 08:42 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın maliyyə naziri Timoti Qaytner Avropa Birliyini (AB) böhrandan çıxarmaq üçün Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikola Sarkozinin hazırladığı proqramı dəstəklədiyini bəyan edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, Parisdə fransalı həmkarı Fransua Baruenlə görüşən Timoti Qaytner daha güclü Avropa yaradılması üçün “Merkozi planı” adlandırılan sənədə inandığını bildirib.

Qeyd edək ki, A.Merkel və N.Sarkozi dekabrın 5-də Avropa konvensiyalarına dəyişikliklər təklifləri üzərində işi başa çatdırıblar. Sənəddə Fransa və Almaniya avrozonaya daxil olan 17 ölkənin milli büdcələrinə nəzarət edəcək xüsusi orqanın yaradılması, büdcə kəsirinin həcmi üzrə Avropa qaydalarını pozan ölkələrə qarşı avtomatik sanksiyalar tətbiq olunması təklifi ilə çıxış edib. Sarkozi və Merkel yeni sazişin mart ayında imzalanmasını istəyirlər. Hazırkı qaydalara görə, büdcə kəsiri ÜDM-in 3%-ni ötməməlidir. Amma AB-nin qanunvericilik aktlarında bu tələbi pozan ölkələrə qarşı hər hansı sanksiya nəzərdə tutulmur.

Merkel və Sarkozinin “Merkozi” adlandırılan təkliflər planı Aİ prezidenti Herman van Rompeyə ünvanlanacaq məktubda konkretləşdiriləcək və dekabrın 9-da işə başlayacaq AB-nin zirvə toplantısında müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR