Bank Of Baku

Dövlət Sığorta Nəzarəti Xidmətinin «Sığortalı gələcək» layihəsi başa çatıb

Dövlət Sığorta Nəzarəti Xidmətinin «Sığortalı gələcək» layihəsi başa çatıb
# 08 dekabr 2011 09:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) «İrəli» İctimai Birliyi ilə birgə həyata keçirdiyi «Sığortalı gələcək» layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə layihənin rəhbəri, DSNX əməkdaşı Orxan Bayramov layihənin yekun hesabatını açıqlayıb, layihə çərçivəsində həyata keçirilən müsabiqələrdən danışıb.

O.Bayramov bildirib ki, layihə çərçivəsində 120 gənci əhatə edən sığorta ilə bağlı seminarlar keçirilib, cəmiyyətin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə maarifləndirici aksiya da təşkil olunub. O, daha sonra elan olunmuş müsabiqələrdə qalib gəlmiş iştirakçıları mükafatlandırıb. Dörd nominasiya üzrə təqdim olunmuş işlər arasında ən yaxşı 3-ü (cəmi 12) ictimaiyyətə təqdim olunub və I yerin qalibi 200 manat, II yerin qalibi 150 manat, sonuncu yerin qalibi isə 300 manat mükafatla təltif olunublar. Bununla yanaşı, “Facebook” sosial şəbəkəsində keçirilmiş «Sizcə, sığorta nədir?» adlı fotomüsabiqəsinin qalibinə 50 manat pul mükafatı da təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi əhali, xüsusilə gənclər arasında sığorta ilə bağlı maarifləndirmə işinin aparılması, sığorta mədəniyyətinin yüksəldilməsi, cəmiyyətin diqqətinin sığorta məsələsinə çəkilməsi, həmçinin sığorta işinin əhaliyə daha fərqli üsullarla çatdırılması olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR