Bank Of Baku

Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi ötən il 900 mln. avro təşkil edib

Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi ötən il 900 mln. avro təşkil edib
# 08 dekabr 2011 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsinin həcmi 2010-cu ildə 1 mln. İsveçrə frankı (900 mln. avro) təşkil edib.

APA-Economics”in xəbərinə görə, İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (State Secretariat for Economic Affairs - SECO) İdarə Heyətinin üzvü, səfir Erik Martin bildirib.

Onun sözlərinə görə, Azərbaycandan İsveçrəyə əsasən enerji sektoru məhsulları, İsveçrədən Azərbaycana isə müxtəlif avadanlıqlar və qabaqcıl texnologiyalar göndərilib.

E.Martin qeyd edib ki, Azərbaycanda enerji effektivliyinin artırılması üçün Azərbaycan mütəxəssisləri İsveçrəyə səfər edərək, təcrübə mübadiləsi keçəcəklər.

İsveçrənin TAP layihəsinə maraq göstərdiyini deyən E.Martin Albaniyanın da layihədə iştirak etməyə razılıq verdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR