Bank Of Baku

Azərbaycanda bankomatların sayı 11%, POS-terminalların sayı isə 58% artıb

Azərbaycanda bankomatların sayı 11%, POS-terminalların sayı isə 58% artıb
# 08 dekabr 2011 11:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda quraşdırılmış bankomatların ümumi sayı 2011-ci il noyabr ayının 1-nə 2 073 ədəd təşkil edib ki, bu da ötən ilin noyabrın əvvəli ilə müqayisədə 205 ədəd və ya 11% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bankomatların 1 154-ü Bakı şəhərində, 919-u isə digər şəhər və rayonlarda yerləşir.

Noyabrın 1-nə Azərbaycanda POS-terminalların sayı 12 477 ədəd olub ki, bunun 11 463-ü Bakı şəhərində, 1 014-ü isə digər regionlarda yerləşir. POS-terminalların ümumi sayı son bir ildə 58,4% artıb.

Qeyd edək ki, POS-terminallardan 10 986-sı pərakəndə ticarət obyektlərində quraşdırılıb. Müqayisə üçün bildirək ki, təxmini hesablamalara görə, Azərbaycanda pərakəndə ticarət obyektlərinin sayı 26-27 minə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR