Bank Of Baku

Azərbaycan Auditorlar Palatasının 2012-2014-cü illər üçün iş planı təsdiqlənib

Azərbaycan Auditorlar Palatasının 2012-2014-cü illər üçün iş planı təsdiqlənib
# 08 dekabr 2011 12:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Auditorlar Palatası Şurasının sonuncu iclasında bir sıra məsələlər müzakirə olunaraq təsdiq edilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Auditorlar Palatasının sədr müşaviri Aydın Kərimov bildirib.

A.Kərimovun sözlərinə görə, iclasda Şura tərəfindən Korporativ və İctimai Sektorun Hesabatlılıq layihəsi (CAP/SAP) ilə bağlı tədbirlərin həyata keçirilməsi, audit qanunvericiliyinə dair normativ-hüquqi aktların layihələrinin hazırlanması, qəbulu və tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, eyni zamanda 2012-2014-cü illər üçün Auditorlar Palatasının iş planının hazırlanması, Palata üzvlərinin ümumi yığıncağının keçirilməsi məsələləri müzakirə edilərək təsdiq edilib.

A.Kərimov qeyd edib ki, iclasda həmçinin auditor təşkilatları, sərbəst auditorlar, daxili auditorlar və digər şəxslər tərəfindən üzvlük haqlarının Palataya ödənilməsi üzrə tədbirlərin görülməsi barədə də müvafiq qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR