Bank Of Baku

«Meqa Sığorta» şirkəti bazara iki yeni məhsul çıxarır

«Meqa Sığorta» şirkəti bazara iki yeni məhsul çıxarır
# 08 dekabr 2011 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Meqa Sığorta» şirkəti yaxın vaxtlarda bazara «Avtomobillərin KASKO sığortası» və «Tibbi sığorta» növlərinin yeni paketlərini təqdim edəcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Marketinq Departamentinin direktoru Hüseynağa Əliyev bildirib.

H.Əliyevin sözlərinə görə, hər iki növ üzrə hazırlanmış yeni paketlər qiymət baxımından daha sərfəli olacaq. Bu məhsullar üzrə sığorta tarifinin aşağı olması, həmçinin göstəriləcək xidmətlərin yüksək keyfiyyəti bazarda müştərilər üçün daha cəlbedici ola bilər.

H.Əliyev həmçinin qeyd edib ki, yeni məhsullar haqqında maarifləndirmə işlərinin aparılması üçün bukletlər hazırlanır.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 1998-ci ildən «Naxçıvan Sığorta» şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi «BE&G», 2010-cu ilin oktyabr ayında isə «Meqa Sığorta»ya dəyişdirilib. Şirkət müştərilərə 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.

Cari ilin yanvar-oktyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 834 min manat, sığorta ödənişləri isə 36 min manat olub. Cari il noyabrın 1-nə şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR