Bank Of Baku

«Paşa Bank» hesabatlarını avtomatlaşdırılmış sistemə keçirir

«Paşa Bank» hesabatlarını avtomatlaşdırılmış sistemə keçirir
# 08 dekabr 2011 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC Azərbaycan Mərkəzi Bankına təqdim etdiyi hesabatları avtomatlaşdırılmış sistemə keçirmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın Uyğunluqlar Departamentinin direktoru Anar Kərimov bildirib.

A.Kərimovun sözlərinə görə, artıq bu istiqamətdə bankda müvafiq işlər aparılır: «Bankda yeni tətbiq olunmuş «SafeWatch Filtering» proqramından sonra Mərkəzi Banka göndəriləcək hesabatların avtomatlaşdırılmış sistemə keçidi nəzərdə tutulur. Bu sistemin isə növbəti il ərzində tətbiq olunması gözlənilir».

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» ASC 2007-ci il noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR