Bank Of Baku

Azərbaycan Sənaye Bankı və TÜSİAB arasında kartlı endirim sistemlərinin birləşdirilməsinə dair razılıq protokolu imzalanıb - FOTO

Azərbaycan Sənaye Bankı və TÜSİAB arasında kartlı endirim sistemlərinin birləşdirilməsinə dair razılıq protokolu imzalanıb - <font color=red>FOTO</font>
# 08 dekabr 2011 14:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Sənaye Bankı (ASB) və TÜSİAB (Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti) arasında hər iki qurumun kartlı endirim sistemlərinin birləşdirilməsinə dair razılıq protokolları imzalanıb.

ASB-dən «APA-Economics»ə verilən məlumata görə, birgə layihə çərçivəsində ASB-nin «Prestige Club» kartlarına, eyni zamanda TÜSİAB kartlarına endirimlər hər iki güzəşt proqramına üzv olan ticarət və xidmət məntəqələrində qəbul ediləcək. Bununla da birgə endirimlər təqdim edilən ticarət və xidmət məntəqələrinin sayı 100-ü ötüb.

Eyni zamanda razılaşmaya əsasən, TÜSİAB-a üzv şirkətlər və onların işçiləri ASB-nin məhsul və xidmətlərindən güzəştli şərtlərlə faydalana biləcəklər.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 9 filialı, 32 bankomatı və 330 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR