Bank Of Baku

Azərbaycan əhalisi ticarət məsrəflərini 10% artırıb

Azərbaycan əhalisi ticarət məsrəflərini 10% artırıb
# 08 dekabr 2011 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ticarət şəbəkəsindən əhaliyə 14,5 mlrd. manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,3% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 14 mlrd. manatı pərakəndə ticarət, 495 mln. manatı isə iaşə şəbəkələrində realizə olunub.

«Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 59,6%-i ərzaq məhsullarının, 40,4%-i isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub. On bir ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 4,7 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4% çox pullu xidmətlər göstərilib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR