Bank Of Baku

«Unileasing» gələn il lizinq portfelini 20% artırmaq niyyətindədir

«Unileasing» gələn il lizinq portfelini 20% artırmaq niyyətindədir
# 09 dekabr 2011 07:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unileasing» QSC 2012-ci ilin sonuna qədər şirkətin lizinq portfelinin 53 mln. ABŞ dollarına qədər artırmağı planlaşdırır. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Unileasing» 2012-ci ili bir sıra layihələrin tətbiqi üçün perspektivli dövr kimi qiymətləndirir və bu səbəbdən gələn il şirkət lizinq portfelinin 8-10 mln. dollar və ya təxminən 23% artırmaq niyyətindədir.

Cari il dekabrın 1-i vəziyyətinə, şirkətin lizinq portfeli 42 mln. dollar təşkil edib. Bu il ərzində 20 mln. dollar dəyərində 226 müqavilə bağlanılıb.

Qeyd edək ki, şirkətin Gəncə, Şəki, Quba, Saatlı və Lənkəranda nümayəndəlikləri fəaliyyət göstərir. Hazırda «Unileasing»in regional lizinq portfeli 4 mln. dollara bərabərdir.

Bu ilin nəticələrinin təhlilinə əsasən, lizinq müqavilələri üzrə orta faiz dərəcəsi 20,06%, lizinqin orta müddəti isə 45 ay təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR