Bank Of Baku

Noyabrda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 18% azalıb

Noyabrda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 18% azalıb
# 09 dekabr 2011 08:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 38 ticarət sessiyasında 33 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 9 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsinin USD/AZN üzrə keçirilən elektron əməliyyatlarının həcmi 72,696 mln. manat və ya dollar ekvivalentində 92,474 mln. təşkil edib ki, bu da əvvəlki aya nisbətən 15,977 mln. manat və ya 18% azdır.

Noyabrda Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 4,867 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 2,802 mln. dollar təşkil edib.

Eyni zamanda, noyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (39,98%), «Amrahbank» (25,74%) Azərbaycan Beynəlxalq Bankı (12,71%), «Xalq Bank» (10,60%) və «Unibank» (7,71%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR