Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi noyabrda 0,05% enib

Azərbaycanda dolların birja məzənnəsi noyabrda 0,05% enib
# 09 dekabr 2011 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,05% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7861 AZN-dən 0,7857 AZN-dək enib. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi noyabr ayında 0,7861 AZN-ə bərabər olub. Halbuki, oktyabr ayında bu göstərici 0,7864 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin noyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 38 ticarət sessiyasında 9 bankın iştirakı ilə 72,696 mln. manat həcmində 33 alqı-satqı əqdi qeydə alınıb. Bu isə oktyabr ayı ilə müqayisədə 18% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR