Bank Of Baku

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmənin həcmi 20% artıb

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmənin həcmi 20% artıb
# 09 dekabr 2011 09:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bank tərəfindən ölkədə fəaliyyət göstərən kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin portfeli 2011-ci il noyabrın 1-nə 1,996 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 7,2% artıb.

Bu, son 4 ildə müşahidə olunan ən zəif artım tempidir. Belə ki, ötən il ərzində yenidən maliyyələşdirmənin həcmi 41,6% artıb, ondan əvvəlki illərdə isə artım tempi daha yüksək olub:




Göründüyü kimi, mərkəzləşdirilmiş kreditlərin əsas artımı Azərbaycanda bank sektorunda böhran ili kimi hesab olunan 2009-cu ildə müşahidə olunub. Bunun əsas səbəbi həmin dövrə bank sistemində likvidliyin aşağı düşməsi və xarici öhdəliklərin yerinə yetirilməsi üçün vəsait çatışmazlığı olub ki, həmin problemlərin ciddi xarakter almaması üçün Mərkəzi Bank yenidən maliyyələşdirmənin həcmini artırmaqla banklara dəstək verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR