Bank Of Baku

«PAŞA Həyat» sığorta şirkətinin daxilolmaları kəskin artıb

«PAŞA Həyat» sığorta şirkətinin daxilolmaları kəskin artıb
# 09 dekabr 2011 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkətinin 2011-ci ilin yanvar-noyabr aylarında topladığı sığorta haqlarının həcmini ötən ilin müvafiq dövrünün göstəricisinə 15,4 dəfə artıraraq 7,7 mln. manata çatdırıb. Bu müddət ərzində sığorta ödənişlərinin həcmi isə təxminən 87 min manat olub. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, sığorta haqlarının strukturunda 6,545 mln. manat (85%) «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növünün, 616 min manat (8%) «Bankdan kredit götürən şəxsin könüllü həyat sığortası», 539 min manat (7%) isə «Həyatın yaşam sığortası» növlərinin payına düşüb.

N.İsmayılov bildirib ki, bu ilin 11 ayında şirkətin sığorta hadisələrinə görə ödənişlərin hamısı «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə həyata keçirilib.

Qeyd edək ki, «PAŞA Həyat» sığorta şirkəti 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə bu il fevralın 14-də verilib. Cari il dekabrın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR