Bank Of Baku

Azərbaycanda iqtisadi artım tempin zəifləməsi Asiya İnkişafı Bankını narahat edir

Azərbaycanda iqtisadi artım tempin zəifləməsi Asiya İnkişafı Bankını narahat edir
# 09 dekabr 2011 11:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda son illər müşahidə olunan iqtisadi artım tempinin azalması və bu il artımın kəskin aşağı düşməsi Asiya İnkişafı Bankını narahat edir. «APA-Economics»in məlumatına görə, bunu Bankın Azərbaycandakı daimi nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev bildirib.

N.Vəliyev qeyd edib ki, məlum olduğu kimi, 2011-ci ildə iqtisadi artımın kəskin zəifləməsi neft hasilatının azalması ilə əlaqədardır. Bank hazırda vəziyyətin təhlilini aparır, makroiqtisadi proqnozlara dair hökumətlə, neft hasilatı üzrə proqnozlara dair BP şirkəti ilə müzakirələr aparmaq niyyətindədir ki, 2012-ci ildə vəziyyətin neçə olacağını proqnozlaşdırmaq mümkün olsun.

Eyni zamanda N.Vəliyev bildirib ki, Asiya İnkişafı Bankı Azərbaycanda qeyri-neft sektorunun inkişafının olması, burada yüksək artım templərin iqtisadiyyat üçün vacib olmasına dair Beynəlxalq Valyuta Fondunun rəy və fikri ilə tam razıdır.

Qeyd edək ki, cari ilin 10 ayı üzrə Azərbaycanda ÜDM-in artım tempi 0,3% təşkil edib. Eyni zamanda, qeyri-neft sektorunda iqtisadi artım 8,6%, neft sektorunda iqtisadi geriləmə 7,8% olub. Qeyri-neft və neft sektorunun ÜDM-də xüsusi çəkisi müvafiq olaraq 47,3% və 52,7% təşkil edir ki, qeyri-neft sektorunda artım neft sektorunda olan azalma nəticəsində, demək olar sıfıra enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR