Bank Of Baku

Belarusda inflyasiya 100%-i keçib

Belarusda inflyasiya 100%-i keçib
# 09 dekabr 2011 11:53 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin 11 ayı ərzində Belarusda inflyasiya 104% təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Belarus Milli Statistika Komitəsi açıqlama yayıb.

Bu göstərici ilə Belarus dünya rekorduna imza ata bilər. Çünki 2011-ci ildə heç bir ölkədə bahalaşmaya səbəb olan irimiqyaslı devalvasiya qeydə alınmayıb.

Qeyd ki, bu ilin əvvəlindən Belarusda valyuta böhranı yaşanıb. Buna milli valyutanın devalvasiyasından ehtiyatlanan yerli əhalinin dollar və avro almağı sürətləndirməsi səbəb olub. Nəticədə hökumət ölkənin qızıl-valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini valyutaya olan tələbatın ödənilməsinə yönəltməyə, eləcə də valyuta sövdələşmələrinə məhdudiyyət tətbiq etməyə və may-sentyabr aylarında yerli rublu bir neçə devalvasiya etməyə məcbur olub. Devalvasiya Belarusun valyuta bazarındakı gərginliyin azalmasına gətirib çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR