Bank Of Baku

«PAŞA Həyat» sığorta bazara yeni məhsullar təqdim edəcək

«PAŞA Həyat» sığorta bazara yeni məhsullar təqdim edəcək
# 09 dekabr 2011 12:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkəti gələn ildən etibarən «retail biznes» siyasətini daha inkişaf etdirmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, «retail biznes»i inkişaf etdirməklə yanaşı 2012-ci ildə şirkət tərəfindən bazara yeni xüsusi sığorta məhsullarının da təqdim edilməsi nəzərdə tutulub: «Sığorta məhsulları bazarın tələb və şərtlərinə cavab verməklə yanaşı, müştərilər üçün olduqca sərfəli və keyfiyyətli olacaq».

N.İsmayılov bildirib ki, şirkətin gələn ilki planlarına həmçinin əlavə səhm emissiyası nəticəsində nizamnamə kapitalının artırılması daxildir.

Qeyd edək ki, «PAŞA Həyat» sığorta şirkəti könüllü həyat sığortası məhsullarının ölkədə ən geniş çeşidini təqdim edir. Hazırda şirkət müştərilərə «Banklardan kredit götürən şəxsin könüllü həyat sığortası», «Həyatın könüllü müddətli sığortası», «Həyatın könüllü yaşam sığortası» və digər sığorta növləri üzrə xidmətlər göstərir.

Şirkətdən bildirib ki, növbəti illər ərzində könüllü sığorta növlərinin sayının dəfələrlə artacağı gözlənilir. Beynəlxalq təcrübədən yararlanaraq şirkət bazarda yeni sığorta məhsulları çıxarmaq niyyətindədir.

Qeyd edək ki, «PAŞA Həyat» sığorta şirkəti 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə bu il fevralın 14-də verilib. Cari il dekabrın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR