Bank Of Baku

«AGBank» gələn ildən xüsusi «Enternet banking» proqramının tətbiqinə başlayacaq

«AGBank» gələn ildən xüsusi «Enternet banking» proqramının tətbiqinə başlayacaq
# 09 dekabr 2011 13:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGBank» ASC növbəti ilin mart ayından yeni «Enternet banking» xüsusi proqram təminatının tətbiqinə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın Marketinq Departamentinin direktoru Əfqan Cəlilov bildirib.

Ə.Cəlilovun sözlərinə görə, «Azeri Card» Prosessinq Mərkəzinin təqdim etdiyi mövcud «Enternet banking» xidmətindən fərqli olaraq, bu xüsusi proqram vasitəsilə müştərilər bankın veb-səhifəsindən plastik kartlar sifariş edə, həmçinin kommunal ödənişlər üzrə əməliyyatlar həyata keçirə bilərlər: «Ümumiyyətlə, bu sistem tətbiq edildikdən sonra proqram əməliyyatlar baxımından banka daha geniş imkanlar yaradacaq».

Ə.Cəlilıov bildirib ki, bank həmçinin bu yaxınlarda «AGBank» İşverənin «T24» adlı yeni proqram təminatını da tətbiq edib. Gələn ilin mart ayından etibarən xüsusi «Enternet banking» proqramı da «T24» bank əməliyyatı proqramına qoşulacaq.

Qeyd edək ki, bank «T24» proqramından qabaq «SmartBank» sistemindən istifadə edib.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 302,803 mln. manat, kredit portfeli 215,020 mln. manat depozit portfeli 167,509 mln. manat, məcmu kapitalı 38,391 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 55 bankomatı, 420 POS-terminalı və 533 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR