Bank Of Baku

İtaliya katolik kilsəsini vergiyə cəlb etmək istəyir

İtaliya katolik kilsəsini vergiyə cəlb etmək istəyir
# 09 dekabr 2011 14:11 (UTC +04:00)
Bakı - APA-Economics. Katolik kilsəsi İtaliya ərazisində malik olduğu daşınmaz əmlaka görə vergi ödəməlidir. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu bəyanatla İtaliyanın kooperasiya və inteqrasiya işləri naziri Andrea Rikkardi çıxış edib.

Onun sözlərinə görə, söhbət qeyri-kommersiya obyektləri siyahısına aid edilən, amma gəlir götürən daşınmaz əmlakdan gedir. Nazir bu məsələdə bər bir obyektə fərdi yanaşılacağını bildirib.

Kilsə isə bəyan edir ki, ona məxsus olan obyektlərdəki işgüzar fəallıq xeyriyyə məqsədlərinə xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR